08 iyul 2026 09:48
77

DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib.

Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:

10 iyul

00:00. Fransa – Mərakeş

23:00. İspaniya – Belçika

12 iyul

01:00. Norveç – İngiltərə

05:00. Argentina– İsveçrə

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.