08 iyul 2026 19:33
87

Rusiyanın itkiləri açıqlandı - 1596-cı gün

Ukrayna müharibənin 1596-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 413 510 hərbçi, 12 100 ədəd tank, 24 903 ədəd zirehli döyüş maşını, 45 569 ədəd artilleriya sistemi, 1 918 (reaktiv yaylım atəş sistemi), 1 478 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 853 ədəd yerüstü robot-texnika kompleksi, 396 920 ədəd PUA, 117 547 ədəd avtomobil texnikası, 4 887 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 398 xüsusi avadanlıq itirib.