ABŞ-ın Dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini (BCM) rəsmən "ləğv edəcəyinə" dair sərt vəd verib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
"Ehtiyac yaranarsa, biz BCM-ni parça-parça edəcəyik - kərpic-kərpic dağıdacağıq", — deyə Rubio qeyd edib.
Bir qədər əvvəl "Reuters" agentliyi özünün etibarlı mənbələrinə istinadla məlumat yaymışdı ki, rəsmi Vaşinqton sanksiyalar tətbiq edəcəyi ilə hədələyərək Beynəlxalq Cinayət Məhkəməsindən tələb edir ki, onun təsis sənədinə (Roma Statutuna) xüsusi düzəlişlər edilsin. ABŞ-ın təkid etdiyi bu düzəlişlər:
ABŞ lideri Donald Trampın fəaliyyəti ilə bağlı hər hansı bir araşdırmanın aparılmasına zəmanətli qadağanın qoyulmasını nəzərdə tutur.