14 iyul 2026 14:38
73

Avropa İttifaqı Rusiyaya qarşı yönəlmiş 21-ci sanksiyalar paketini razılaşdırmaqda çətinlik çəkir

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yönəlmiş 21-ci sanksiyalar paketini razılaşdırmaqda çətinlik çəkirlər.

“İki sahil” xəbər verir ki, "Bloomberg" agentliyinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, əsas mübahisəli mövzular təkcə Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) daşınmasına qoyulacaq məhdudiyyətlər deyil, həm də Avstriyanın "Raiffeisen Bank International" (RBI) AG bank qrupuna qarşı tətbiq edilməsi planlaşdırılan tədbirlərdir. Bununla belə, qrupun Rusiyadakı törəmə strukturu olan "Rayfayzenbank" bəyan edib ki, Aİ "Raiffeisen"ə qarşı birbaşa sanksiya tətbiq etmək niyyətində deyil.

"Bloomberg" agentliyi banka qarşı konkret olaraq hansı tədbirlərin nəzərdə tutulduğunu açıqlamayıb. Rusiyanın "Rayfayzenbank"ının mətbuat xidmətindən "Forbes" nəşrinə verilən özəl açıqlamada isə bildirilib ki, banka qarşı hər hansı yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılmır. Bank rəsmiləri əlavə ediblər ki, hazırda müzakirə olunan məsələ daha əvvəl gündəmə gəlmiş və Avstriyanın tikinti konserni "Strabag"ın səhm paketi ilə bağlı olan köhnə mövzudur.

2023-cü ilin dekabrında "Raiffeisen" qrupu Rusiyanın "Rasperia Trading Limited" şirkətinə məxsus olan və "Strabag" konserninin 27%-dən çox payını təşkil edən səhm paketini satın alacağını elan etmişdi.