14 iyul 2026 13:49
96

Peskov: Rusiyasız Ukrayna üçün təhlükəsizlik zəmanətləri qeyri-mümkündür

Rusiyanın iştirakı olmadan Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanətlərinin formullaşdırılması və hazırlanması qeyri-mümkündür.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bəyanatında bildirib.

Kreml rəsmisinin sözlərinə görə, regional təhlükəsizlik məsələlərində Rusiyanın maraqlarının və birbaşa iştirakının nəzərə alınmaması bu istiqamətdə atılan istənilən diplomatik addımı effektivsiz və nəticəsiz qoyur.