14 iyul 2026 15:45
98

Lavrov: Alyaska təcrübəsini nəzərə alsaq, İranla bağlı razılaşmalar...

Rusiya ilə ABŞ arasında keçirilmiş Alyaska sammitinin təcrübəsini nəzərə alsaq, Vaşinqton və Tehran arasında əldə olunacaq yeni razılaşmaların real həyatda necə icra ediləcəyinə dair hər hansı proqnoz vermək olduqca çətindir.

“İki sahil” TASS-a istinadla xəbər verri ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çad Respublikasının XİN rəhbəri Əbdülayə Sabri Fadulla ilə keçirdiyi danışıqların yekunlarına dair təşkil olunmuş mətbuat konfransında bəyanat verib.

ABŞ və İran arasında gələcəkdə əldə edilməsi mümkün olan razılaşmaların icra perspektivləri barədə sualı cavablandıran Lavrov, nümunə kimi Rusiya–ABŞ Alyaska sammitinin nəticələrini xatırladıb. O qeyd edib ki, həmin sammitdə konkret razılaşmalar əldə olunsa da, sonradan onlar kağız üzərində qalıb və icra edilməyib.

"Buna görə də mən ABŞ-ın öz iştirakı ilə imzalanacaq bu və ya digər müqaviləyə gələcəkdə necə yanaşacağını dəqiq deyə bilmərəm. Anlayıram ki, orada müəyyən çətinliklər və daxili siyasi problemlər var, bu amilsiz keçinmək olmur. Lakin mövcud situasiyada, təbii ki, ABŞ-da barəsində danışdığımız məsələlərin reallaşma yolları və ya imkanları haqqında öncədən nəsə proqnozlaşdırmaq son dərəcə çətindir", - deyə Rusiya naziri vurğulayıb.