18 iyul 2026 18:27
112

Yabanı halda bitmiş 1,3 tona yaxın çətənə kolu məhv edilib

Azərbaycanda ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.