18 iyul 2026 21:17
131

Antonelli "Formula 1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

"Mersedes" komandasının italiyalı sürücüsü Kimi Antonelli "Formula 1" dünya çempionatının 10-cu mərhələsi - Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

“İki sahil” xəbər verir ki, yarışlar "Spa-Frankorşam" trasında keçirilir.

İkinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub, "Maklaren"dən olan britaniyalı Lando Norris isə üçüncü olub.

Qeyd edək ki, əsas yarış bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.