18 iyul 2026 22:47
112

Polşa klubu Mahir Emrelinin transferini açıqlayıb

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" komandasına keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Çenstoxova təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşa klubu 29 yaşlı hücumçunu satınalma şərti ilə 1 illik icarəyə götürüb.

Mahir müqavilə əsasında Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.