21 iyul 2026 14:10
142

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır - YENİLƏNİB

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.