Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən Musa Əliyev küçəsinin bir hissəsində (Qara Qarayev prospektindən 8-ci kilometr bazarınadək olan hissədə) iyulun 22-dən etibarən təmir işlərinə başlanılacaq.
“İki sahil” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir müddətində işlərin gedişinə uyğun olaraq, nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi xahiş edib.
Ürək cərrahiyyəsində uğurun əsası əməliyyatdan əvvəl və sonrakı mərhələdə qoyulur
Müalicə üsulu sosial şəbəkələrdə yayılan fikirlərlə deyil, xəstənin klinik vəziyyətinə əsasən müəyyənləşdirilməlidir - İlqar Heybətov