21 iyul 2026 20:18
163

Çempionlar Liqası: “Sabah” – KuPS oyunu başlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında ilk oyun başlayıb.

“İki sahil” xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Lukaş Kuzma idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.