23 iyul 2026 01:36
108

Rusiyada ərzaq qiymətləri dondurula bilər

Rusiyada 10–15 növ sosial əhəmiyyətli ərzaq məhsulunun qiymətlərinin subsidiyalaşdırılması və bunun hesabına həmin məhsulların qiymətlərinin müəyyən səviyyədə sabit saxlanılması təklif olunub.

“İki sahil” xəbər verir ki, bu təşəbbüslə Dövlət Dumasının "Ədalətli Rusiya" Partiyasından olan deputatı Yuri Qriqoryev çıxış edib.

“10–15 növ sosial əhəmiyyətli məhsulun siyahısını müəyyənləşdirək: şəkər, qarabaşaq yarması, un, yumurta, süd və s. Ticarət şəbəkələri dövlətdən subsidiya alsın, əvəzində isə dövlət həmin məhsulların qiymətlərinin tam şəkildə dondurulmasına zəmanət əldə etsin”, – deyə deputat bildirib.

Qriqoryev nümunə olaraq bəzi regionlarda tətbiq olunan təcrübəni göstərib. Onun sözlərinə görə, həmin bölgələrdə yerli hakimiyyət orqanları çörəkbişirmə müəssisələrini subsidiyalaşdırır ki, bunun sayəsində bir neçə növ çörəyin qiymətini sabit saxlamaq mümkün olur.