23 iyul 2026 01:53
89

ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib

ABŞ tərəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına nəzarət etdiyi barədə iddialarını təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

"Fakt budur ki, İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq su yolu SEPAH-ın təhdid və hücumlarından asılı olmayaraq tranzit üçün açıq qalır", - deyə açıqlamada bildirilib.

Vurğulanıb ki, kommersiya gəmiləri ABŞ hərbi dəstəyi ilə boğazdan keçməkdə davam edir. Bildirilib ki, may ayının əvvəlindən etibarən ABŞ qüvvələri 900-dən çox gəminin Hörmüz boğazından təhlükəsiz keçidinə kömək edib.