23 iyul 2026 17:14
97

Çexiyada hərbi helikopter qəzaya uğrayıb

Çexiyanın şərqində göyərtəsində beş hərbçinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çexiya Silahlı Qüvvələri məlumat yayıb.

"Nameşt-nad-Oslavou şəhərindəki Ordu Aviasiyasının 22-ci aviasiya bazasında 'Venom' helikopteri qəzaya uğrayıb. Göyərtədə beş hərbi qulluqçu olub," — deyə Silahlı Qüvvələrin "X" sosial şəbəkəsindəki rəsmi bəyanatında bildirilir.

Aviaqəza nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər isə xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilir.

Bir qədər əvvəl isə Səudiyyə Ərəbistanında "Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuşdu.