23 iyul 2026 17:38
87

ÜST Avropaya xəbərdarlıq edib

Avropa ölkələri səhiyyə sistemlərini ekstremal isti havalara pandemiya dərəcəsində ciddi şəkildə hazırlamalıdırlar.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bəyan edib.

"Xəstəxanaların hazırlıq səviyyəsinə pandemiyaya hazırlıq kimi ciddi yanaşılmalıdır: həddindən artıq qızan palatalar, həddən artıq yüklənmiş personal, sıradan çıxan soyutma və informasiya sistemləri XXI əsrin Avropa yay şəraitində yolverilməzdir," - deyə o bildirib.

"Bu yaydan çıxarılan dərslər konkret və praktiki xarakter daşıyır. Erkən xəbərdarlıq sistemləri yalnız o zaman insan həyatını xilas edir ki, onların ardınca təkcə əhaliyə tövsiyələr deyil, avtomatik olaraq ictimai səhiyyə sahəsində qətiyyətli tədbirlər görülsün," - deyə ekspert qeyd edib.

Klüge belə qətiyyətli tədbirlər sırasında risk altındakı vətəndaşların səhhətinin yoxlanılmasını, əhalinin istidən qorunması üçün ictimai yerlərin sərinləşdirilməsini, açıq havada çalışan insanların iş qrafiklərinin hava şəraitinə uyğunlaşdırılmasıni qeyd edib.