24 iyul 2026 21:28
105

De la Fuente: Bizim üçün ən yaxşı mükafat dünya kuboku deyil

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-dakı qələbələrinin əhəmiyyətindən danışıb.

“İki sahil” xəbər verir ki, mundialın finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olan komandanın çalışdırıcısı insanların sevincinin kubokdan da dəyərli olduğunu bildirib:

"Çempion olmağın ən gözəl tərəfi kuboku başımız üzərinə qaldırmaq deyil. Bizim üçün ən yaxşı mükafat dünya kuboku yox, insanların xoşbəxtliyini görməkdir. Bu, ala biləcəyimiz ən böyük mükafatdır".

Qeyd edək ki, İspaniya millisi Luis de la Fuentenin rəhbərliyi altında 2025-cü ildə Avropa çempionu olmağı da bacarıb.