30 iyul 2026 10:34
106

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoruna müavin təyin edilib

Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.