30 iyul 2026 12:48
103

Paşinyan Ermənistan hökumətinin istefasını elan edib

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Biz bazar günü istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir", - o bildirib.