30 iyul 2026 14:26
107

Qırğızıstan və Özbəkistan müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkə arasında tarixi sənəd — Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, sənədə Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imza atıblar.

Sadır Japarov müqavilənin imzalanmasını iki ölkə arasındakı münasibətlərdə «tarixi qərar» adlandıraraq, sənədin çatılmış etimad səviyyəsini möhkəmləndirdiyini və uzunmüddətli inkişaf gündəliyini formalaşdırdığını bildirib.

Sənədlərin imzalanması mərasimində müttəfiqlik sazişi ilə yanaşı ikitərəfli əməkdaşlığı əhatə edən geniş sənəd paketi də qəbul edilib.