30 iyul 2026 17:22
87

"Telegram" bağlanır?

"Telegram"ın təsisçisi Pavel Durovun «Rosfinmonitoring»in terrorçu və ekstremistlər reystrinə daxil edilməsi fərdi tədbirdir. Bu addım ilk növbədə onun Rusiyadakı pul vəsaitlərinin, digər əmlakının dondurulmasını və maliyyə əməliyyatlarına məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə «Kommersant»a «Digital & Analogue Partners» hüquq firmasının tərəfdaşı Yekaterina Smirnova bildirib.

"Şəxsin reystrə salınması «Telegram»ın avtomatik olaraq terrorçu və ya ekstremist təşkilat kimi tanınması demək deyil və özlüyündə bütün servisin qadağan olunmuş hesab edilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də «Telegram»dan adi istifadə (yazışmalar, kanalların oxunması, zənglər) əvvəlki kimi cinayət tərkibi yaratmır", - deyə Smirnova qeyd edib.

Hüquqşünas vurğulayıb ki, bu qərar platformaya olan təzyiqi artırır və gələcəkdə onun fəaliyyətinə əlavə məhdudiyyətlərin qoyulması istiqamətində növbəti addım ola bilər. Lakin Durovun siyahıya salınmasından istifadəçilər üçün hər hansı avtomatik hüquqi nəticə və ya «Telegram»ın dərhal qadağan olunması kimi bir amil irəli gəlmir.