31 iyul 2026 13:02
106

NATO qərargahında çalışan şəxs Çinin xeyrinə casusluqda şübhəli bilinir

NATO-nun Belçikadakı qərargahında çalışan və bu ölkənin hakimiyyət orqanlarının qərarı ilə saxlanılan Kanada vətəndaşı Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinir.

“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın «The Globe and Mail» qəzeti məlumat yayıb.

İki mənbə nəşrə bu məlumatı təsdiqləyib. Bundan əlavə, qəzet təcrübəçinin adını açıqlayıb — 1993-cü il təvəllüdlü Kler Çjan (həmçinin Bivey Çjan kimi tanınır). Belçika hakimiyyəti bundan əvvəl saxlanılan şəxsin adını açıqlamamışdı. Məlumata görə, Çjan NATO-da təcrübə keçməzdən əvvəl Kanadanın federal strukturlarında, o cümlədən Kanada Kosmik Agentliyində çalışıb.

İyulun 25-də Belçika məhkəməsinin üçüncü ölkənin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılan çinəsilli Kanada vətəndaşını həbs etdiyi bildirilmişdi. Şübhəli şəxs NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Monse şəhərindəki Baş Qərargahında təcrübəçi olub. Belçika prokurorluğu həmçinin qadının cinayətkar təşkilatın fəaliyyətində iştirakda da ittiham olunduğunu bəyan edib.

NATO normalarına əsasən, mənzil-qərargahda və ya digər strukturlarda işləmək üçün namizədlərin yoxlanılması məsuliyyəti onların vətəndaşı olduqları ölkələrin — bu halda Kanadanın üzərinə düşür.