2020-ci il müharibəsindən bəri Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 433 nəfər zərər çəkib. Minatəmizləmə işlərinin əsas hissəsini Azərbaycan öz resursları hesabına həyata keçirir. Bu sahədə ölkəmizə dəstək göstərən dövlətlər və beynəlxalq təşkilatlar olsa da, mövcud yardımın həcmi ehtiyacları tam qarşılamır.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“ATƏT-dən gözləntimiz ondan ibarətdir ki, təşkilat minatəmizləmə sahəsində daha fəal rol oynasın, humanitar layihələrin həyata keçirilməsinə və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daha güclü dəstək versin”, - deyə nazir bildirib.
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
Vüqar Rəhimzadə: Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO