Tərtər rayonunun Bəyimsarov kəndində Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun ailəsi ziyarət edilib.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı şəhid ailəsinin qayğıları, ehtiyacları və məişət şəraiti ilə yaxından maraqlanılıb. Görüşdə 44 günlük Vətən müharibəsində canlarını torpaqlarımızın azadlığı uğrunda fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad olunub.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin əmanəti olan ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların qayğılarının həlli hər zaman dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biridir. Şəhidin anası Güldanə Məmmədova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.