04 avqust 2026 14:46
132

Metroda Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı ödənişli ekspres avtobuslar fəaliyyət göstərəcək

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində təşkil ediləcək ekspres avtobuslar ödənişli fəaliyyət göstərəcək və tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur.

“İki sahil” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişin axınının idarə olunması məqsədilə metroda qatarların hərəkət intervalı da optimallaşdırılacaq.

“Avqustun 15-dən metronun “İçərişəhər–Əhmədli”, noyabr ayından isə “İçərişəhər–Həzi Aslanov” istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək. “Dərnəgül–Nizami” istiqamətində isə interval 3 dəqiqə 30 saniyə olacaq”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.