06 avqust 2026 14:38
194

AFFA nümayəndəsinə UEFA-dan təyinat

 

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.