Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.
Vüqar Rəhimzadə: Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq