Bu satınalma rəqəmsal aktivlər və ənənəvi ödəniş infrastrukturu arasında inteqrasiyanı gücləndirərək, geniş miqyasda təhlükəsiz və qarşılıqlı işlək dəyər mübadiləsini təmin edir.
Avqust 2026, Bakı, Azərbaycan - “Mastercard” BVNK şirkətinin satınalma prosesini tamamlayıb. Bununla şirkət fiat və rəqəmsal valyutalar arasında qarşılıqlı işləkliyi təmin etməklə, fərdi şəxslər və biznes subyektləri üçün dəyər mübadiləsi sahəsində daha geniş seçim imkanları yaratmağa yönəlmiş strategiyasını daha da gücləndirib.
“Rəqəmsal valyutalar, xüsusilə stabilkoinlər, transsərhəd B2B ödənişləri, pul köçürmələri, vəsait ödənişləri, hesablaşmalar və xəzinədarlıq əməliyyatları kimi sahələrdə real ehtiyacları getdikcə daha geniş şəkildə qarşılayır. Fiat valyutalarının, stabilkoinlərin, tokenləşdirilmiş depozitlərin və digər dəyər formalarının yanaşı mövcud olduğu çoxvalyutalı dünyada ödənişlərin gələcəyini müxtəlif ödəniş infrastrukturlarının,şəbəkələrin və pul formalarının bir-biri ilə nə dərəcədə effektiv əlaqələnməsi və qarşılıqlı işləməsi müəyyən edəcək. “Mastercard”ın qlobal şəbəkəsini BVNK-nın blokçeyn infrastrukturu və stabilkoin texnologiyası ilə birləşdirərək daha səmərəli, etibarlı və qüsursuz ödəniş təcrübəsi təqdim edə bilərik”, - “Mastercard”ın Baş Məhsul Direktoru Jorn Lambert bildirib.
BVNK-nın təqdim etdiyi infrastruktur arxa planda fiat və blokçeyn əsaslı ödənişləri dəstəkləyərək fərdi şəxslərə, bizneslərsubyektlərinə və avtomatlaşdırılmış sistemlərə təhlükəsizlik, tənzimləyici tələblərə uyğunluq və qarşılıqlı işləkliyin təmin olunduğu mühitdə fiat və rəqəmsal valyutalar arasında vəsaiti saxlamaq, köçürmək, idarə etmək və konvertasiya etmək imkanı yaradır.
BVNK-nın texnologiyası və bu sahədəki dərin təcrübəsinin “Mastercard”ın qlobal imkanları ilə birləşdirilməsi maliyyə institutlarına, fintexlərə və biznes subyektlərinə stabilkoinlər və tokenləşdirilmiş aktivlər əsasında qurulan həllərin tətbiqini genişləndirməyə kömək edəcək. Bu həllər transsərhəd B2B ödənişlərindən və vəsait ödənişlərindən hesablaşma və xəzinədarlıq əməliyyatlarınadək geniş istifadə istiqamətlərini əhatə edir.