Bu ilin yanvar-avqust ayları ərzində hərbçilərimiz Aleksandrovka istiqamətində uğurlu hücum əməliyyatı keçiriblər.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
“Qoşunlarımızın aktiv fəaliyyəti nəticəsində işğalçı kontingentə ciddi zərbə vurulub. Rusiya tərəfinin itkiləri azı 9550 nəfər ölü və 6600-dən çox yaralı təşkil edib. Həmçinin Ukraynanın mübadilə fondunun artırılması təmin olunub”, - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti vurğulayıb ki, əməliyyatın keçirildiyi müddət ərzində 745 kvadratkilometr ərazi azad edilib.
“Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin 26 kəndi Ukraynanın nəzarətinə qaytarılıb. Bu hücum əməliyyatımız dəqiq şəkildə, məhz müəyyənləşdirildiyi kimi həyata keçirilib. Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Mixail Drapatıy, Baş Qərargah rəisi İqor Skibyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol əməliyyatların nəticələri və bundan sonra atılacaq addımlar barədə məruzə ediblər”, - deyə Volodimir Zelenski əlavə edib.
Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub