12 avqust 2026 23:53
85

SEPAH: İranın heç bir raketi olmasa, ABŞ üçün daha təhlükəli olacaq

Əgər bir gün İranın heç bir raketi olmasa, ABŞ üçün daha təhlükəli olacaq.

“İki sahil” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi Amerikanın PBS telekanalına müsahibə zamanı deyib.

"Əgər bir gün İranın heç bir raketi olmasa, daha təhlükəli olacaq və bu təqdirdə, savaşmaq və öz heysiyyətini qorumaq iradəsinə malik olan qüvvə Amerika üçün təhdidə çevriləcək", - SEPAH rəsmisi bildirib.

Onun sözlərinə görə, ötən 43 il ərzində İran prezidentlərindən fərqli olaraq, heç bir Amerika lideri iranlı jurnalistə müsahibə verməyə razı olmayıb: "İran birliyini, ərazi bütövlüyünü qorudu və düşmənin öz məqsədinə çatmasına imkan vermədi.

Üçüncü müharibədə Amerika ilə necə savaşmaq lazım olduğunu öyrəndik".