"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb.
“İki sahil” xəbər verir ki, hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq.
Sözügedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Qusarda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib