15 avqust 2026 20:53
82

Reyn çayında suyun səviyyəsi tarixi minimuma enib

Reyn çayında suyun səviyyəsinin kəskin enməsi səbəbindən gəmiçilik iflic olmaq təhlükəsi ilə üzləşib. Çayın əsas ölçmə məntəqələrindən birində suyun səviyyəsi 6 santimetrə qədər enərək tarixi minimum göstəricini yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.

Məlumata görə, Kaub şəhəri yaxınlığında suyun səviyyəsi hətta az yüklənmiş gəmilərin belə hərəkət etməsinə imkan vermir. Bundan əvvəl Kaub məntəqəsində qeydə alınmış ən aşağı göstərici 2018-ci ilin oktyabrında ölçülən 25 santimetr olub.

Qeyd olunur ki, Reyn çayında müxtəlif ölçmə məntəqələrində su səviyyəsinin göstəricilərini bir-biri ilə müqayisə etmək mümkün deyil, çünki vahid sıfır istinad nöqtəsi mövcud deyil. Eyni zamanda, gəmiçilik üçün istifadə olunan farvater sahilboyu ölçmə postlarında qeydə alınan su səviyyəsindən xeyli dərin olur.