İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
İndiana qubernatoru Trampdan ştatda fövqəladə vəziyyət elan etməsini xahiş edib
Ərdoğan: Trampdan F-35 qırıcıları ilə bağlı vədini yerinə yetirməsini gözləyirik