15 avqust 2026 21:12
113

Almaniya kansleri və hökumətindən narazılıq rekord həddə çatıb

Almaniya kansleri Fridrix Mertsdən və onun hökumətindən narazılıq yeni rekord həddə çatıb.

“İki sahil”in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bunu INSA Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Respondentlərin cəmi 16%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib, 78%-i isə narazılığını bildirib. Daha 6% suala cavab verməkdə çətinlik çəkib.

Almaniya hökumətinin fəaliyyətini sorğu iştirakçılarının 79%-i mənfi, 15%-i isə müsbət qiymətləndirib. Daha 6% respondent fikrini müəyyənləşdirməyib.

Sorğu 13–14 avqust tarixlərində keçirilib və sorğuda 1 003 nəfər iştirak edib.