ABŞ-nin "EA-37B" elektron mübarizə (REM) təyyarəsi ilk dəfə Polşada NATO aviasiyasının təlimlərində iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Fakt" qəzetinə Polşa Hərbi Hava Qüvvələrinin keçmiş baş müfəttişi, general Tomaş Drevnyak məlumat verib.

"Orada 'EA-37B' təyyarəsi var idi, bu, ən müasir elektron mübarizə təyyarəsidir. Bu təyyarə Polşa səmasında sadəcə uçmaq üçün görünməyib. Bu, çox spesifik bir maşındır və onun Polşa səmasında ortaya çıxması vacib səbəblərin olduğunu göstərir", - deyə general əlavə edib.
Təlimlərdə Polşa HHQ-nin "F-35A" qırıcıları, tanker təyyarələri və ABŞ-nin "Boeing E-3 Sentry AWAKS" uzaq mənzilli radarlarla aşkarlama təyyarəsi də iştirak edib.
İsrail kəşfiyyatı HƏMAS-ın yeni hücumlar hazırlaması barədə ABŞ-yə məlumat verib