19 avqust 2026 15:31
111

Qızıl mədənində uçqun: 100-dən çox həlak olan var

Kamerun və Mərkəzi Afrika Respublikası (MAR) sərhədində yerləşən zolaqda (Zamboye kəndi yaxınlığında) yerləşən qızıl mədənində baş verən uçqun nəticəsində 100-dən çox insanın həlak olduğu bildirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə "cameroononline" məlumat yayıb.

Dağıntılar altından artıq 100-dən çox insanın cəsədi çıxarılıb. Fransanın AFP agentliyi isə azı 40 nəfərin öldüyünü xəbər verir.

MAR-ın ombudsmanı Loran Nqon-Baba agentliyə bildirib ki, hazırkı mərhələdə rəsmi ölü sayını dəqiq müəyyənləşdirmək çətindir. Hadisə yerində xilasetmə işləri davam etdirilir və çox sayda şahtaçının hələ də uçqun altında qaldığı ehtimal olunur.