20 avqust 2026 20:56
138

Azərbaycana yapışmayan əyarlar və ya CNN müəmmaları

Ölkəmiz müstəqilliyini bərpa edəndən dərhal sonra bəyan etdi ki, öz ərazisini başqa ölkələrin nifaq poliqonuna çevirməyəcək. Digər ölkələrə də öz ərazisindən kiməsə qarşı hərbi istifadəyə izn verməyəcək. Aradan otuz beş il keçsə də belə mövqe uzun illərdir ki, qorunub axlanmaqdadır.  Dünyada müharibələrin və çəkişmələrin getdiyi bir vaxtda tərəfsiz mövqedə qalmaq əslində sülhə səs verməkdir. Belə qüvvələrin neytrallaşdırılması nə qədər çətin olsa da ölkəmizin rəhbərliyi ağıllı planları ilə öhdəsindən gəlir.  Təəssüf ki, proseslərə uyğun olmayan əyarlar vurmağa cəhd edənlər, bədxah niyyətlərlə yanaşanlar var.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. Məqalədə gizlədilmiş erməni izi sezilsə də “xoruzun quyruğu” görünməkdədir.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib. İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib. CNN mənsubları Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib. Qısaca desək, dərc etdiyi saxta informasiyanın arxasında durub.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində-media qurumunun rəsmi təsis edildiyi ştatda iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib. CNN-nin sahibi hamıya açıq media vasitəsi  “Warner Bros. Discovery” (WBD) şirkətidir. Kanal 1980-ci ilin iyulunda amerikalı Ted Turner tərəfindən qurulmuş, kiçik media vahidlərini özündə birləşdirərək bugünkü “Warner Bros. Discovery” səviyyəsinə çatdırılb. Ondan sonra quruma Tim rəhbərlik edir. O vaxtdan CNN yaramaz əməlləri ilə tanınıb.

Xatırladaq ki, CNN on ildən çoxdur ki, ifrat solçu ideologiyasına görə Prezident Donald Trampla kəskin qarşıdurma mövqeyindədir. 2017-ci ildə Tramp Rusiya ilə işbirlyinə dair yazılan reportajı “fake news”adlandıb. Agentlik yalan xəbəri geri götürüb üzr istəsə də, 3 jurnalist işdən qovulub və  artıq saxta xəbər ünvanı CNN-nin sinoniminə çevrilib.  Prezident Trampın birinci prezidentliyi dövründə-2018-ci ildə CNN jurnalisti Jim Acosta Ağ Evdə akkreditasiyadan məhrum edilib.  2022-ci ildə CNN özünün əməkdaşı Kuomonu Nyu-Yorkun sabiq qubernatorunun qardaşı Krisə qarşı “tərəfli” yazılara görə işdən çıxarıb. Kuomo qərarı haqsız sayaraq CNN-ə qarşı 125 milyon dollarlıq məhkəmə iddiası qaldlrıb və məhkəmə hazırda davam edir.  CNN baş müxbiri Klarissa Vardın müharibə ocaqlarından-Suriya, Afrika və s.- səhnələşdirilmiş saxta kadrlar yayması dəfələrlə ifşa edilib. CNN digər jurnalisti D. Brazilenin seçki debatları haqqında gizli məlumatı Donald Trampın rəqibi Hillari Klintonun komandasına ötürməsi o vaxt böyük qalmaqal yaradıb, o işdən qovulub və s.

Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. Belə ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da onun müəllifliyi ilə Azərbaycana qarşı qərəzli iddialarla dolu olan məqalələr dərc edilib. Ölkəmizlə heç bir ilişgisi olmayan Tim Listerin Azərbaycana bədxah münasibəti haradan qaynaqlanır?

“Bu kimin üçün maraqlıdır”,  “Niyə CNN, nədən məhz indi, nə üçün Azərbaycan”,  “Sifarişçi kimdir” və s. suallar ətrafında şərhlər verilsə də, “CNN daxilində nə baş verir, məqalə müəllifləri kimdir” və s. kimi  suallar açıq qalmaqdadır.

Bəs okeanın o tayında yaşayan Timin ermənilərə gizli təəssübkeşliyi nəyə əsaslanır? Ona nə düşüb ki, okeanın bu tayındakı baş verənlərə birtərəfli münasibətini mətbuat səhifələrinə çıxarır? Bundan mənfəəti nədir? Şübhəsiz ki, burada gizli məqamlar var.  Ancaq dünyada açılmamış sirlər yoxdur, geci-tezi o da açılacaq.

Çox güman ki, Timin ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri var. Belə olmasa işğalçı başkəsənləri müdafiə etməzdi. Çox keçməz ki, onun əlaqələri faş olacaq, CNN müəmmaları üzə çıxacaqdır. Timin məxfi casus və kəşfiyyatçı olması barədə məlumatlar aşkar oluncaqdır.

Vəli İlyasov, “İki sahil”