20 avqust 2026 22:40
152

Qlobal savaş təhlükəsi artır: Üçüncü dünya müharibəsinə gedən yol...

Artıq avropalılar sosialyönümlü dövlətdən, hərbiyönümlü  dövlətə keçirlər

Son bir neçə ayda Rusiya-Ukrayna müharibəsi daha da kəskinləşib. Əgər əvvəllər müharibə sərhəd bölgələrində gedirdisə, indi bu, artıq bu, hər iki ölkənin paytaxtını və iri şəhərlərini əhatə edir. Eyni zamanda, görünən odur ki, hər iki ölkəni dəstəkləyən dövlətlərin də müharibəyə qoşulama ehtimalı var.

Məlumdur ki, Şimali Koreya bu savaşda Rusiyanın müttəfiqi kimi çıxış edir. Müharibənin ilk illərində döyüşmək üçün Rusayaya 10 minlik hərbi qüvvə göndərmişdi. Yaxın gələcəkdə isə daha 50 min əsgər göndərməyi elan edib. Ukrayna hərbi kəşfiyyat idarəsinin məlumatına görə, Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində yerləşdirilməsi planlaşdırılır. Eyni zamanda, Şimali Koreyadan Rusiyaya mühəndislərin, inşaatçıların və tibb işçilərinin göndərilməsi də gözlənilir.

Əgər bu məlumatlar həqiqələri  əks etdirirsə Rusiyanın Qərb istiqamətində müdafiə və təminat imkanları güclənə bilər. Əslində, Şimali Koreyanın bu addımı Rusiyanın uzunmüddətli hərbi səfərbərlik və logistika ehtiyaclarının qarşılanmasına yardım etməyə hesablanıb. Bu  isə döyüş xəttində Rusiyaya öz hərbi resurslarıdan daha səmərəli istifadə etməyə imkan yaradacaq.

Müharibədə Ukraynaya birbaşa olmasa da dolayısı ilə ABŞ və Qərb  həm kəşfiyyat dəstəyi, həm də hərbi dəstək verir. Çünki Avropada anlayırlar ki, Ukraynanın müharibədə uduzması Avropanın uduzması deməkdir. Məlumdur ki, son bir ay ərzində Rusiya dronları Ruminiyanın, Polşanın, Liatviyanın, hətta Almaiyanın ərazisinə düşüb. Bununla da sanki Kreml rəhbərliyi Avropanın səbrini sınağa çəkir.

Hazırda Rusiyanın qorxduğu məsələ uzaqmənzilli raket sistemlərinin Ukraynaya verilməsi məsələsinin gündəmə gəlməsidir. Təbii ki, bu tip dağıdıcı raketlərin Ukraynanın arsenalına daxil olması doğrudan da Rusiyanın daha çox itki verməsi ilə nəticələnə bilər. Belə ki, həmin silahlar şimal qonşumuzun arxa cəbhədəki hərbi və logistika obyektlərinə ciddi təhlükə yarada bilər.

Müharibədə hərbi uğurlarının sayını artırmağa çalışan Ukrayna Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımı geri qaytarmağı əsas vəzifə hesab edir. Artıq Krıma loqistik nəzarət Ukrananın əlindədir. Kiyev rəhbərliyi Rusiyanı Krımın tamamilə ruslaşdırmaysiyasəti aparmaqda və yerli əhalinin sıxışdırılmasında ittiham edib. Ukrayna üçün Krımın qaytarılması yalnız ərazi deyil, həm də ölkənin suverenliyi baxımından, mühüm məsələdir.

Bu arada qardaş Türkiyə Rusiya- Ukrayna müharibəsində balanslı xətt yürüdür. Hətta iki ölkə arasında sülh danışıqlarının başlaması üçün İstanbulda və Ankarada üçtərəfli görüşlər təşkil edilib.

Ancaq bütün bunlara rəğmən rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və işğalçı müharibəni pisləyir. Türkiyə Montrö Konvensiyası çərçivəsində Rusiya hərbi gəmilərininin boğazlardan keçidinədə məhdudiyyətlər tətbiq edir. Bundan başqa, türklərin Ukraynanın müdafiə sənayesinə verdiyi dəstək də önəmli hadisə hesab edilir. Ukrayna isə qardaş ölkənin bu mövqeyini yüksək qiymətləndirir. 

Ümumiyyətlə, sonillər ərzində Avropa ölkələri hərbi doktrinalarında ciddi dəyişikliyə üstünlük verməyə başlayıblar. Anlayırlar ki, Rusiyadakı mövcud təcavüzkar hakmiyyət hər zaman onlar üçün ciddi təhdiddir. Ona görə də Avropanın ən böyük və dövlətləri olan Almaniya, Böyük Britaniya, o cümlədən Fransa və İtaliya hərbi sənayelərini yenidən qurmağa, daha müasir ordunun yaradılmasına çalışırlar. Əgər bu ölkələr əvvəllər hərbi sahəni sonuncu sıraya ataraq sosialyönümlü layihələrə daha çox önəm verirdilərsə, Rüsiya-Ukrayna müharibəsindən sonra yeni hədəf bəlirlədilər: Hərbi sənayeni önə çıxarmaq…

Elçin Zaman, "İki sahil"