22 avqust 2026 08:29
151

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Britaniya Baş nazirinin iqamətgahında yaşayan məşhur pişik Larrinin ölüm xəbəri təsdiqini tapmayıb.

“İki sahil” xəbər verir ki, iddia onun X sosial media hesabında Mark Tvenə məxsus sitatla təkzib olunub.

"Ölümümlə bağlı şayiələr çox şişirdilib...", - deyə paylaşımda bildirilib.

X sosial şəbəkəsinin “Politics UK” hesabında əvvəlcə Larrinin ölümü ilə bağlı məlumat yayılıb. Daha sonra paylaşım silinib, informasiyanın yalan olduğu və əvvəllər haker hücumuna məruz qalan mənbə tərəfindən yayıldığı üzə çıxıb.

Qeyd edək ki, Larri 2011-ci ildən Britaniya Baş nazirinin iqamətgahında yaşayır. Bu müddət ərzində o, 6 baş nazirin - Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və Kir Starmerin hakimiyyət dəyişikliyinin şahidi olub. Larri sığınacaqdan götürülüb və Nazirlər Kabinetində rəsmi olaraq baş siçan ovçusu vəzifəsini tutur. Onun “Facebook” səhifəsində tez-tez Britaniya siyasətçilərinə istinad edən istehzalı paylaşımlar dərc olunur.