22 avqust 2026 11:39
100

Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 30 min 449,2 ton duru bitki yağları istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 35,4 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 22 min 855,2 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % azdır.

Avqustun 1-nə ölkədə 3 min 495,5 ton duru bitki yağı, 4 min 064,3 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 16,08 % və 21,32 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.