22 avqust 2026 15:58
116

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyənin Giresun bölgəsində helikopter qəzası baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Helikopter yüksəkgərginlikli xəttlərdə təmir işləri aparılması məqsədilə əraziyə cəlb edilib və elektrik şirkətinə məxsus olub.

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Helikopterdə neçə nəfərin olduğu barədə məlumat verilməyib.