Türkiyənin şimal-şərqində yerləşən Giresun vilayətində ölkə tarixinin ən dağıdıcı daşqınlarından birinin qurbanlarının xatirəsi anılır. Təbii fəlakət nəticəsində 11 nəfər həyatını itirib.
“İki sahil” xəbər verir ki, 2020-ci il avqustun 22-də Giresunda yağan güclü yağışlar çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Qara dəniz sahilində yerləşən vilayətin bir çox rayonuna ziyan dəyib. Yüzlərlə tikili dağılıb, infrastruktura zərər dəyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qısa müddətdə fəlakət bölgəsinə səfər ediblər.
Artıq bir il yarım sonra Dereli rayonunda 213 ev, 82 ticarət obyekti, dövlət qurumlarının nümayəndəlikləri və polis binaları yenidən tikilib. Doğankent rayonunda isə 156 ev, 70 mağaza və bir məktəb inşa edilib.
Faciənin altıncı ildönümündə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bərpa edilmiş fəlakət bölgəsindən fotolar paylaşıb. “İlk andan etibarən fəlakət bölgəsinin sakinlərinin yanında olduq. Bu gün həmin rayonlarda küçələr, evlər və ticarət obyektləri yenidən tikilib. Bölgə yenidən işıqlanır”, - deyə M.Kurum sosial şəbəkələrdə yazıb.
Zelenski: Makron "Patriot" sistemləri üçün raketlərin alınmasında Ukraynaya kömək etməyə hazırdır
Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib