22 avqust 2026 20:36
99

Hacı Kərimov dünya çempionatının finalında

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatı sona yaxınlaşır.

“İki sahil” xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Hacı Kərimov (70 kq) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabıyla qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.

İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabıyla məğlub olub.

Fərhad Süleymanlı (97kq) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabıyla uduzub.

Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında a