23 avqust 2026 00:50
110

Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb

Suriya Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Qüvvələrinə məxsus avtobus Dəməşq ətrafında partladılıb.

“İki sahil” xəbər verir ki, bu barədə SANA nazirliyə istinadən məlumat yayıb.

"Şənbə günü Dəməşq ətrafındakı Maruneh-Əl-Tal şosesi ilə hərəkət edən avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb", - açıqlamada qeyd olunur.

Nazirliyin məlumatına görə, müvafiq orqanlar hadisə ilə bağlı araşdırma aparır.