23 avqust 2026 01:26
102

Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb

Panama bayrağı altında üzən yük gəmisi Benqal körfəzində, Hindistanın Odişa ştatındakı Paradip şəhər sahillərindən 240 dəniz mili məsafədə batıb.

“İki sahil”in "India Today"ə istinadən məlumatına görə, Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri tərəfindən genişmiqyaslı xilasetmə əməliyyatı başladılıb.

"MV Ocean Winner" gəmisinin göyərtəsində Çinin 20 vətəndaşı, Myanmanın üç vətəndaşı və Banqladeşin bir vətəndaşı da olmaqla 24 heyət üzvü olub.

Rəsmilərin məlumatına görə, onlardan ikisi xilas edilib, 22 nəfər isə itkin düşüb.

Məlumata görə, dəmir filizi daşıyan gəmi cümə günü Odişa limanından yola düşüb və Sinqapura gedirmiş.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.