27 avqust 2026 10:41
95

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA

Avqustun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 millimetrədək qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda 18, Tərtərdə 16 metrədək güclənir.

Qusar, Göygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.