27 avqust 2026 13:18
133

Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.

Bu işlər Xaçmaz rayonunda da həyata keçirilir. Hazırda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçəsində 5,Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrdə isə3 pavilyon quraşdırılıb. Proses davam etdirilir. 

Ümumilikdə Xaçmaz rayonu üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.