28 avqust 2026 23:39
70

Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb

Amerikanın "Nvidia" şirkətinin bazar dəyəri avqustun 27-də 442 milyard dollar artıb ki, bu da fond bazarı tarixində kapitallaşmanın ikinci ən böyük birgünlük artımı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Artım süni intellekt üçün çiplər istehsal edən şirkətin maliyyə hesabatını açıqlamasından sonra baş verib.

"Nvidia"nın göstəricisi yalnız "Microsoft"un rekordundan geri qalıb.

Belə ki, "Microsoft"un bazar dəyəri maliyyə nəticələrinin açıqlanmasından sonra iyulun 30-da 450 milyard dollar artıb. Həmin vaxt şirkətin səhmləri 15,51 faiz bahalaşaraq 451,1 dollara yüksəlib.

Bundan əvvəl birgünlük bazar dəyərinin ən böyük artımı elə "Nvidia"ya məxsus olub. Həmin vaxt şirkətin kapitallaşması 440 milyard dollar artıb.