29 avqust 2026 14:51
97

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb

Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 155,1 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,9 %, ötən il avqustun 1-i ilə müqayisədə 12,9 % çoxdur.

Kredit qoyuluşunun 23 milyard 593,9 milyon manatı və yaxud 69,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 11,8 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 501,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 14,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,9 %-ə çatıb.

Avqustun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 059,8 milyon manat olub. Bu, illik müqayisədə 17,1 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 6 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.

Azərbaycan Mərkəzi Bankı (AMB)Azərbaycan banklarıKredit qoyuluşu