30 avqust 2026 21:05
118

Ərdoğan sabah Bişkekə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 avqust-1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Rəcəb Tayyib Ərdoğan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun dəvətini qəbul edərək, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün 31 avqust - 1 sentyabr 2026-cı il tarixlərində Bişkekə səfər edəcək", - o yazıb.

Səfər çərçivəsində Ərdoğanın çıxışı və liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də görüşəcək.